Şriftin ölçüsü :

Saytın rəngi :

09 - 12 aprel 2019-cu il tarixlərdə qızlar arasında Voleybol üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

14 aprel 2019 | 11:00

 09 - 12 aprel 2019-cu il tarixlərdə Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyin idman zalında Ağcabədi Rayon Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə qızlar arasında Voleybol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun şəhər və kənd məktəblərinin işdirakı ilə 15 komanda mübarizə aparmışdır. Gərgin və maraqlı keçən mübarizədən sonra 1-ci yeri Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası, 2-ci yeri Hacıbədəlli kənd tam orta məktəbin komandası , 3-cü yeri isə Məhəmməd Əsədov adına şəhər 5 saylı tam orta in komandası tutmuşdur.Yekunda I, II, III yerləri tutmuş komandalara Ağcabədi rayon Gənclər və İdman idarəsi tərəfindən Diplomlar təqdim olunmuşdur.

Keçidlər