Şriftin ölçüsü :

Saytın rəngi :

Ü.Hacıbəyli adına Ağcabədi şəhəri Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi “Qafqaz Çempionatı-2019” rəqs yarışmasının qalibi olublar.

11 aprel 2019 | 11:00

Ü.Hacıbəyli adına Ağcabədi şəhəri Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi “Qafqaz Çempionatı-2019” rəqs yarışmasının qalibi olublar.

6-7 aprel 2019-cu il tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinin “Yeni Tiflis İdman Sarayı”nda rəqs üzrə “Qafqaz Çempionatı-2019” yarışması keçirilmişdir. Gürcüstan Rəqs Federasiyası tərəfindən təşkil edilən turnirdə Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya Respublikalarının rəqqasları iştirak etmişdirlər.
Turnir çərçivəsində fərqli yaş kateqoriyalarında və müxtəlif rəqs proqramları ilə bir neçə müsabiqə keçirilmişdir. Keçirilən yarışmada Azərbaycandan       “JAM SS”, “Buta rəqs qrupu” Bakı şəhərindən və “Qarabağ” rəqs kollektivi Ağcabədi şəhərindən iştirak etmişdir. Həmçinin hakimlər heyətində Azərbaycanın Rəqs Assosiasiyasının vitse-prezidenti Ülviyyə Həsənova Azərbaycanı təmsil etmişdir.
“Qafqaz Çempionatı-2019” rəqs yarışmasında Ağcabədi şəhərinin  “Qarabağ” rəqs kollektivi “Vyana Valsı” adlı rəqs nömrəsi ilə turnirin qalibi olmuş və 30 iyun – 07 iyul 2019-cu il tarixlərdə Gürcüstan Respublikasının Batumi şəhərində keçiriləcək “Qızıl Ulduz” beynəlxalq rəqs yarışmasına dəvət qazanmışdır.
Bundan əlavə, 7 aprel 2019-cu il tarixdə Tbilisi şəhərinin Dövlət Filarmoniyasında Ağcabədi şəhərinin “Qarabağ” rəqs kollektivi “Bahar rəngləri” rəqs festivalında “Şifon ilə rəqs” adlı nömrəsi ilə Azərbaycan mədəniyyətini təmsil etmişdirlər.

Keçidlər