Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Ağcabədi rayonunda bir sıra tədbirlər keçirildi.

08 aprel 2019 | 11:00

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə 07.04.2019-cu il tarixdə Ağcabədi rayonunda bir sıra tədbirlər keçirildi.
Rayon ərazisində keçirilən ağacəkmə aksiyası zamanı  5000 ədəd həmişəyaşıl ağac əkilib.Heydər Əliyev Meydanında  Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən fləşmob sakinlər tərəfindən maraqla qarşılandı.
Daha sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan mədəniyyət işçilərinin hazırladıqları möhtəşəm konsert proqramı ilə davam etdi.
Axşam saat 20:00-da isə böyük atəşfəşanlıq oldu.

Keçidlər