Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir

03 aprel 2019 | 11:00

03 aprel 2019-cu il il tarixdə M. Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Məktəblilər öncə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstləri düzdülər. Sonra mərkəzin ekpozisiya zalında şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun məlumat verildi. Daha sonra şagirdlər mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sonda məktəblilərlə birlikdə xatirə fotosu çəkildi.

Keçidlər