Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı qeyd edilmişdir.

28 mart 2019 | 11:00

28 mart 2019 – cu il tarixdə saat 17:00 –da Ağcabədi Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə və Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət Təhlükəsizlik Xidməti orqanlarının peşə bayramı münasibəti ilə tədbir olmuşdur.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər.Daha sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək ilk öncə tədbir iştirakçılarını salamladı və Dövlət Təhlükəsizlik Xidməti orqanlarının əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək bildirmişdir ki, milli təhlükəsizlik orqanlarının Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu vardır. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra da xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olmuşdur. Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan indi sürətlə dəyişən və qüdrətlənən bir dövlətdir. Ölkəmizin dinamik iqtisadi inkişafının təməlində düzgün strategiya, düşünülmüş və tarazlı siyasət, çevik idarəçilik, Azərbaycanın təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınması dayanır. Başlanan inkişaf Milli Təhlükəsizlik orqanlarının apardığı və həyata keçirdiyi işlərdə aydın hiss olunur.Çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon  şöbəsinin rəisi Fərhad Süleymanov bildirmişdir ki,nail olunmuş inkişaf və əldə edilmiş uğurlar, ölkə rəhbərinin təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğının bariz nəticəsidir. Dövlət sirrinin qorunması, korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizədə nazirliyin əməkdaşlarına uğurlar arzulayıb peşə bayramlarını təbrik etdi.

Keçidlər