Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Novruz bayramı ilə əlaqədar satış yarmarkası təşkil edilmişdir

17 mart 2019 | 11:00

17 mart 2019-cu ildə  Ağcabədi rayonunda Novruz Bayramı ilə əlaqədar kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası təşkil edilmişdir.Ağcabədi şəhərinin mərkəzi stadionunda təşkil edilən yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Yarmarkaya yerli fermer və sahibkarlar tərəfindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri çıxarılıb.Bayram  satış-yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 30-40 faiz ucuz təklif olunub.

Keçidlər