Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə yaradıcı gənclərlə millət vəkilinin görüşü keçirilmişdir.

13 mart 2019 | 11:00

    Mart ayının 13-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında millət vəkili Tahir Rzayevin Ağcabədi rayonunun yaradıcı gəncləri ilə görüşü keçirilmişdir. Görüş zamanı çıxış edən Tahir Rzayev son zamanlar möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşların firavan yaşayışını və həyat tərzini yüksək səviyyədə təmin edən sərəncamlar və ölkənin tanınmış mədəniyyət işçiləri və yaradıcı insanlarla səmimi görüşündən, bu görüşün əhəmiyyətindən geniş söhbət açmışdır. Millət vəkili son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq–abadlıq işlərindən, bölgələrimizin tanınmaz dərəcədə inkişaf edərək gözəl bir diyara çevrilməsini xüsusi vurğuladı. Natiq qeyd etdi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi digər regionlar kimi doğma Ağcabədimizin də simasının dəyişməsinə böyük təkan vermişdir. Son illər Ağcabədidə geniş tikinti-abadlıq və quruculuq işləri həyata keçirilmiş, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları tikilmişvə ya əsaslı təmir edilmiş, şəhərə gözəllik verən inzibati binalar tikilmiş, yeni iş yerləri açılmış, əhalinin rifahının yaxşılaşması üçün xeyli infrastruktar layihələr həyata keçirilmişdir.

    Millət vəkili eyni zamanda müasir dünyada baş verən siyasi, sosial – iqtisadi dəyişiklərdən danışaraq, görüş iştirakçılarına bu haqda ətraflı məlumat verdi.

    Görüş iştirakçılarından şair Zahid Eloğlu, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Məhsəti Ağayeva, mədəniyyət işçisi, şair Gündüz Sevindik, şairlər Xəzangül Qədimli, Vəli Qurbanoğlu və Adil Misirli çıxış edərək ölkə Prezidentinin həyata keçirdiyi proqramların uğur və əhəmiyyətindən və Prezidentin son zamanlar imzaladığı sərəncamların əhalinin rifah halına, yaşayış tərzinə yüksək təminat verəcəyindən danışdılar.

   Görüş iştirakçıları millət vəkili Tahir Rzayevə görüş üçün minnətdarlıqlarını bildirərək, eyni zamanda arzu və təkliflərini də söylədilər. Tahir Rzayev bu təkliflərin mütləq qeydə alınacağını və yerinə yetiriləcəyi istiqamətində öz köməyini əsirgəməyəcəyini bildirdi.

    Sonda görüş iştirakçıları Millət vəkili Tahir Rzayevlə xatirə şəkili çəkdirdilər.

Keçidlər