Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Xocalı faciəsinə həsr olunmuş tədbirlər davam edir.

22 fevral 2019 | 11:00

YAP Ağcabədi rayon təşkilatı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir.

Növbəti tədbir Qarabağ müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin, Mübariz Veteranlar İctimai Birliyinin qazi və veteranları ilə birgə “N saylı” hərbi hissədə keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyababnına gələrək, şəhidlərin məzarı üzərinə tər çiçəklər düzərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.

“N saylı” hərbi hissənin atıcılıq mərkəzində Ağcabədi rayon məktəblililəri və gənc əsgərlərin iştirakı ilə atıcılıq yarışı keçirilmiş və qaliblər müəyyən edilmişdir.

Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasının davam etmişdir.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açaraq Xocalı faciəsi barədə məlumat vermişdir.

Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Faciə ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, Gənclər və İdman idrəsinin əməkdaşı Cavid Bünyadov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, müharibə veteranı Əlizadə Nəcəfov, “N saylı” hərbi hissənin əsgəri Namiq Qasımov, Xocalı və onun ətraf kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş Qarabağ Qazisi Elçin Mikayılov çıxış edərək Xocalı faciəsi barədə öz təəsüratlarını bölüşdülər, eyni zamanda şahidi olduqları erməniləri vəhşilikləri barədə toplantı iştirakçılarına məlumat verdilər.

Tədbirdə Ağcabədi rayon məktəblilərinin ifasında Xocalıya aid şeir kompazisiyası nümayiş etdirildi.

Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə keçirilən atıcılıq yarışının qaliblərinə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı və hədiyyələr təqdim edildi.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirildi.

Keçidlər