Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb

15 fevral 2019 | 11:00

15 fevral 2019-cu il tarixdə Azərbaycanın Milli Qəhrəmanı şəhid Namiq Abdullayevin xatirəsi igid döyüşçünün adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.

Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, “N” saylı hərbi hissənin əsgər və zabitlərinin, Qarabağ müharibəsi veteranlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər qərənfillər düzüblər.

Anma mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev,Avşar kənd tam orta məktəbinin direktoru Kərim Ələkbərov,  şəhidin qardaşı İqbal Abdullayev, müəllimləri və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Abdullayev Namiq Vahid oğlu 1974-cü il mayın 10-da Avşar kəndində anadan olub. 1992-ci ilin dekabrında cəbhəyə yollanaraq, Vətənimizin müdafiəsində iştirak edib. 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. Prezidentin 1994-cü il 16 sentyabr tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Vaxtilə təhsil aldığı Avşar kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır.

Çıxışlarda Namiq Abdullayevin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğu bildirilib, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində tədbirin əhəmiyyəti yüksək qiymətləndirilib.

Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib.

Keçidlər