Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə kütləvi tibbi müayinəyə başlanıldı.

11 fevral 2019 | 11:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, fevralın 11-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi dispanserizasiyasına başlanıldı. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini müvəqqəti icra edən Əli İbadov  bildirib ki, tibbi müayinələrin keçirildiyi Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Qrafikə əsasən, ilk olaraq idarə və müəssisələrin kollektivləri müayinədən keçirilir.
Yaxın günlərdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsinə başlanılacaqdır.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər

Keçidlər