Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın qəlbində özünə əbədi heykəl ucaldan qəhrəman.

08 fevral 2019 | 11:00

Ağcabədi rayon Bayraq Müzeyində Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatıın və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Bayraq Muzeyinin foyesində Mübariz İbrahimova həsr edilmiş sərgi ilə tanış olublar. N saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ muharibəsi veteranlarının, məktəblilərin və rayon ictimayəti nümayəndələrinin iştirak etdiyi tədbirdə Mübariz İbrahimovun, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək, Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb. Bildirib ki, 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqımızın qəlbində əbədi heykəl ucalda bilib.
N saylı hərbi hissənin zabiti İftixar Mehdiyev M.İbrahimovun keçdiyi döyüş yolundan, Prezident, Ali Baş komandan İlham Əliyevin Milli Qəhrəmanlarımıza verdiyi yüksək dəyərdən danışıb, hərbi vətənpərvərlik sahəsində aparılan işllərin vacibliyini vurğulayıb.
Ağcabədi rayon Ağsaqqallar Şurasınn sədri Əlizadə Nəcəfov,YAP rayon təşkilatının baş məsləhətçisi, muharibə veteranı Mehman Novruzov, rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Axundov, gənc əsgər Mirhadi Səmidzadə, şəhid ailələri adından Nüşabə İbrahimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nurlan Piriyev çıxış edərək, Azərbaycan əsgərinin rəşadətindən, silahlı qüvvələrin inkişafından söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirlərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub, Milli Qəhrəmana həsr olunmuş şerlər səsləndirilib.
İştirakçılar sonda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş filmə baxıblar.

Keçidlər