Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Gənclər günü münasibətilə tədbir keçirilmişdir.

01 fevral 2019 | 11:00

02 fevral “Gənclər günü” münasibətilə YAP Ağcabədi rayon təşkilatı Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər “Qarabağ” Muğam mərkəzində “Gəncliyin səsi” adlı tədbir keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Muğam Mərkəzinin foyesində təşkil edilmiş gənc rəssam Şəbnəm İbadovanın fərdi sərgisi ilə tanış olmuşlar.
      Tədbir açıq elan edilmiş, Gənclər gününün qeyd edilməsinin banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   “N” saylı hərbi hissənin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə tədbirə start verilmişdir.
      Tədbirdə YAP Ağcabədi rayon təşkilatı  Qadınlar Şurasının sədri Radə Qafarova, “N” saylı hərbi hissənin əsgəri Mirhadi Səmidzadə, YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Nəriman Orucov, Ağcabədi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüsalə Məmmədova və YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək gəncləri təbrik etmiş, ölkəmizdə gənclərə olan diqqət və qayğıdan söz açmışlar.
Çıxışlarda vurğulanmışdır ki,  Ulu Öndər Heydər Əliyev və onun siyasi xəttinin uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev gənclərə daim diqqət göstərmiş, onların fəal bir vətəndaş kimi formalaşması üçün lazım olan münbit şəraitin yaradılmasına önəm vermişlər.
Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına "02 Fevral–Azərbaycan Gəncləri günü” münasibəti ilə YAP Ağcabədi rayon təşkilatının  fəxri fərmanları təqdim olunmuşdur.
Tədbir Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam mərkəzinin və “N” saylı hərbi hissənin əsgərlərinin ifasında bədii hissə ilə davam etmişdir.

Keçidlər