Şriftin ölçüsü :

Saytın rəngi :

20 YANVAR-XALQIMIZIN HÜZN VƏ QƏHRƏMANLIQ TARİXİ

08 yanvar 2019 | 11:00

08.01.2019-cu il tarixdə Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyinin konfrans zalında Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi, Ağdam və Laçın rayonlarının mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edildi. İlk öncə Muzeyin foyesində 20 yanvar hadisəsinə həsr olunmuş sərgiyə baxış keçirildi. Tədbir iştirakçıları 20 yanvar, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə Regional idarənin rəis müavini Vüqar Qədirov açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi nəticəsində dinc əhaliyə divan tutulduğunu, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü qeyd etdi. V.Qədirov sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunmasını, hərbi qulluqçular tərəfindən 200 ev və mənzilin, 80 avtomaşının, o cümlədən təcili yardım maşınlarının, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakının və şəxsi əmlakın məhv edildiyini vurğuladı. Həlak olanların arasında qadınların, uşaqların və qocaları olduğunu qeyd etdi. Vüqar Qədirov bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən, hüquqi-siyasi qiymət verən ümummilli lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etməsini, hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirən bəyanatla çıxış etdiyini bildirdi. Tədbirdə digər çıxış edən natiqlər: Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, Ağcabədi şəhər Uşaq Musiqi Məktəbinin direktoru Asif Xəlilov, Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərov, Ağcabədi rayon MKS-in direktoru Məhəbbət Əliyeva, Xocavənd kənd Uşaq Musiqi Məktəbinin direktoru İbadət Ağayev, Hacıbədəlli kənd Uşaq musiqi Məktəbinin direktoru Məhbubə Əliyeva, Ağdam rayon Xındırıstan kənd Uşaq Musiqi məktəbinin direktoru Aftandil Nəbiyev və s. 20 yanvar hadisəsini Azərbaycan xalqının həyatında və tarixində təkcə bir hüzn kimi yox, 20 yanvar şəhidlərinin göstərdikləri qəhrəmanlığı böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi yeri olan bir hadisə kimi qiymətləndirdilər.

Keçidlər