Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında bayram tədbiri keçirildi

26 dekabr 2018 | 11:00

26 dekabr 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni – 2019-cu təqvim ilinin gəlişi səbəbilə bayram tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dos. Mətanət Fərzəliyeva öncə tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra dos. M. Fərzəliyeva xalqımızın həmrəy olduğu 31 dekabr gününün yaranma tarixindən danışaraq bildirdi ki, Azərbaycan xalqı daim öz igid oğulları, vətənpərvər övladları ilə qürur hissi keçirmişdir. Böyük əminliklə deyə bilərik ki, Vətənimizin və xalqımızın taleyi etibarlı əllərdədir. Müstəqil Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasət kursu bilavasitə xalqımızın mənafeyinə xidmət amalı üzərində qurulmuşdur. Ölkə Prezidenti, Cənab İlham Əliyevin məqsədyönlü siyasi fəaliyyəti bizi ruhlandırır və işğal altında qalan torpaqlarımızın müqəddəratının müsbət mənada həllini tapacağına inandırır. Biz bir xalq olaraq dövlətçiliyimizin keşiyində dayanan Ali Baş Komandanımızın ətrafında sıx birləşməli və həmrəyliyimizlə onun siyasi gücünə güc qatmalıyıq.Dos. M. Fərzəliyeva çıxışının sonunda filialın bir qrup qabaqcıl tələbələrini bayram münasibətilə fəxri fərmanla təltif etdi.Çıxış edən digər müəllimlər – filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının dosenti Məhəmməd Hüseynov, “Xalq” qəzetinin bölgə müxbiri, Prezident təqaüdçüsü, filialın baş müəllimi Ziyəddin Sultanov, filialın Tədris və elmi işlər üzrə direktor müavini, dos. Seymur Süleymanov, filialın Tərbiyə işləri üzrə direktor müavini, dos. Mahir Səlimov və başqaları xalqımızın həmrəylik gününün sevincini bir arada paylaşan tədbir iştirakçılarına səmimi duyğularını ifadə edərək, qarşıdan gələn 2019-cu təqvim ilinin ölkəmiz və eləcə də, filialımız üçün uğurlu olmasını dilədilər.Sonra filial tələbələrinin hazırladığı “Qış nağılı” adlı musiqili-əyləncəli konsert proqramı nümayiş etdirildi. Rənğarəng ifalar, səhnəciklər və şou proramlar tədbir iştirakçılarının bayram əhvalını bir qədər də yüksəltdi.Təxminən 3 saat davam edən tədbir milli birlik, həmrəylik duyğuları və gələcək nailiyyətlərə uğurla imza atmaq ümidilə sona çatdı.

Keçidlər