Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Günərzi Qayğı Mərkəzinin uşaqları üçün yeni il şənliyi təşkil edildi.

26 dekabr 2018 | 11:00

26 dekabr 2018-ci il tarixdə “Kral” şadlıq sarayının banket zalında Ağcabədi Günərzi Qayğı Mərkəzində təhsil alan uşaqlar üçün 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir təşkil olunmuşdur.Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva uşaqları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamış və hədiyyələrlə sevindirmişdir.Şaxtababa Qarqızın və nağıl qəhrəmanlarının gəlişi uşaqların sevıncinə sevinc qatmışdır.Tədbir Günərzi Qayğı Mərkəzinin uşaqlarının hazırladıqları maraqlı səhnəciklər, şerlər, rəqslərlərlə davam etmiş və bayram süfrəsi açılmışdir.

Keçidlər