Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Günərzi Qayğı Mərkəzinin uşaqları üçün yeni il şənliyi təşkil edildi.

22 dekabr 2018 | 11:00

22.12.2018-ci il tarixdə  Ağcabədi Günərzi Qayğı Mərkəzində  təhsil alan uşaqlar üçün 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və  Yeni il münasibəti ilə tədbir təşkil olunmuşdur.Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov iştirak edərək  Mərkəzin uşaqlarını  31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və  Yeni il münasibəti ilə təbrik etmiş və onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulamışdır. Şaxtababa ,Qarqızın və nağıl qəhrəmanlarının gəlişi ,onlara hədiyyə paylaması uşaqların sevıncinə sevinc qatmışdır.Tədbir Ü.Hacıbəyli adına şəhər İncəsənət məktəbinin  və Günərzi Qayğı Mərkəzinin uşaqlarının  hazırladıqları maraqlı səhnəciklər, şerlər, rəqslərlərlə davam etmiş və bayram süfrəsi açılmışdir.

Keçidlər