Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasında “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” mövzulu layihə çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda tədbir keçirildi

21 dekabr 2018 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icması 21.12.2018-ci il tarixdə Ağcabədi şəhər 11 saylı tam orta məktəbdə “Gənclərin tərbiyəsində mənəvi dəyərlərin rolu” mövzulu layihə çərçivəsində “Yad təsirlər və gənclər” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişdilər.

Ağcabədi şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə tədbiri giriş sözü ilə açaraq, izləyicilərə tədbir haqqında məlumat verdi.

Ağcabədi rayon İcra Hakimiyyəti Aparatınının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Yad təsirlər və gənclər” mövzusunda məruzə

etmişdir. Təyyar Hacıyev dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən bəhs etdi. Natiq, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva çıxış edərək, dini radikal qrupların və digər zərərli vərdiş daşıyıcılarının başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları haqqında danışıb. O, gənclərə tövsiyələrini verərək bildirdi ki, dini radikalizm və zərərli vərdişlərin təsirindən uzaq olmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmaq lazımdır. O, belə tədbirlərin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların zərərli vərdişlərin təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov çıxışnda Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımızın tükənməz sərvəti olan milli-mənəvi və dini dəyərlərin qorunub saxlanılması və daha da zənginləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmış, gənclərə Vətən sevgisindən, doğma Azərbaycanın ərazi bütövlüyü, dövlətçiliyi və müstəqilliyi uğrunda öz canlarını fəda etmiş Şəhidlərimizin unudulmaz xatirəsindən, Vətən sevgisinin insan həyatında əsas meyar olduğunu qeyd etmişdir. Eyni zamanda milli-mənəvi dəyərlərin öyrənilməsi və qorunub saxlanılması gəncləri yad təsirlərdən, zərərli vərdişlərdən və dini radikalizmdən qoruyan əsas amil olmasını bildirmişdir. Xalqımızın yüz illərlə formalaşdırdığı mənəvi dəyərlərə və adət-ənənələrə

sadiq, təhsilli və savadlı gənclərin heç zaman dini radikalizmə getməyəcəyini qeyd edib.

Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşriyyatı olan kitabçalar paylanıldı..

Keçidlər