Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir .

11 dekabr 2018 | 11:00

11 dekabr  2018-ci il tarixdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi səlahiyyətlərini müvəqqəti icra edən  Əli İbadov Ulu öndərimiz  Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad etdikdən sonra Azərbaycan həkimlərinə, eləcə də müxtəlif sahələrə göstərilən xüsusi diqqət və qayğıdan danışaraq, xoş fikirlərini , təəsüratlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
   Tədbidə Ağcabədi Rayon Mərkəzi xəstəxanasının həkimləri   çıxış edərək Ulu öndərimiz  Heydər Əliyevin keçdiyi həyat yolundan , Heydər Əliyev siyasi kursunun uğurlu nəticələrindən geniş bəhs etmişdilər.
   Tədbirin sonunda RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”, - fikrini xatırladaraq demişdir: Bütün bunlara görə hələ öz sağlığında xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Keçidlər