Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzləri arasında məqalə müsabiqəsi keçirilib

08 dekabr 2018 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Heydər Əliyev Mərkəzlərinin elmi işçiləri arasında keçirilən məqalə müsabiqəsi oldu.
      “Sən elə bir zirvəsən” adlı məqalə müsabiqəsi 08 dekabr 2018-ci ildə başa çatıb və münsiflər heyətinin qərarı ilə Neftçala rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Əliyeva Gülay Mübariz qızı I yer, Qusar rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Kazımzadə Fidan Rafiq qızı  II yer, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Ağayeva Xanım Qalib qızı isə III yerə layiq görülüb. Qaliblərə diplomlar və «Heydər Əliyev və Ağcabədi” adlı kitablar  təqdim olunub.

Keçidlər