Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.

08 dekabr 2018 | 11:00

Dekabr ayının 8-də YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.Tədbir Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdi.YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etdi.Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məruzə etdi.Məruzədə qeyd olundu ki, Heydər Əliyevi zirvələrə qaldıran, Ümummilli lider məqamına yüksəldən ən başlıca keyfiyyəti onun xalqını, Vətənini canından artıq sevməsi idi. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndərimiz bütün mənalı ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, ölkəsinin beynəlxalq nüfuzunun artmasına həsr etmişdir.“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında qısa müddətdə ictimai-siyasi sabitlik təmin olunmaqla yanaşı, respublikamızda quruculuq işlərinin başlıca istiqamətləri müəyyənləşdirildi.Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında tarixi müstəqilliyimizin qorunub saxlanılmasına çox ciddi təhlükə olan separatizm meyillərinin qarşısı qətiyyətlə alındı, ilk növbədə vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərksilah edildi, Respublikamızda ictimai-siyasi sabitliyin möh-kəmləndirilməsinə nail olundu. Azərbaycanda inkişaf, sabitlik və tərəqqi dövrü başlandı.Tədbirdə "Aran" qəzetinin redaktoru Şirxan Hüseynov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Bəxtiyar Əliyev, “N” saylı hərbi hissənin əsgəri Mirhadi Səmədzadə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə öz fukirlərini bölüşdülər.Tədbirdə Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film- slayd nümayiş etdirildi.

Keçidlər