Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Gənclər İdman Şahmat Məktəbinin binasında “Məktəblər Arasında Respublika çempionatı”nın Şahmat idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

22 noyabr 2018 | 11:00

18-22 noyabr 2018-ci il tarixlərdə Uşaq Gənclər İdman Şahmat Məktəbinin binasında   “Məktəblər Arasında Respublika çempionatı”nın Şahmat idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.
     Rayon birinciliyində şəhər və kənd məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparmışdır. Birinciliyin yekununda , Cəfərbəyli kənd tam orta məktəbin komandası  I yerə, Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbin komandası II yerə, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası III yerə laiq görülmüşlər. I, II və III yeri tutan məktəb komandalarına diplomlar təqdim olunmuşdur.

Keçidlər