Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Milli Dirçəliş Günü münasibətilə tədbir keçirildi

17 noyabr 2018 | 11:00

16 noyabr 2018-ci ii tarixdə ADPU-nun Ağcabədi filialında Milli Dirçəliş Günü münasibətilə “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol mövzusunda  tədbir keçirildi.
Əvvəlcə Dövlət Himni səsləndirildi.
Sonra tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva 17 Noyabr tarixini xalqımızın azadlıq uğrunda mübarizə səlnaməsinin şərəfli səhifəsi kimi dəyərləndirdi. Bu tarixi xalqımızın yaddaşında əbədiləşdirən Ulu Öndər Heydər Əliyevin ölməz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra məruzə üçün söz filialın “Xüsusi və ümumelmi fənlər” kafedrasının müdiri, dos. əvəzi Tahir Kərimliyə verildi. O bildirdi ki, 17 noyabr xalqımızın müstəqillik uğrunda mübarizəsinin ən şanlı tarixlərindən biri kimi əhəmiyyətlidir. Xalqımızın qanlı imperiyaya qarşı hamılıqla ayağa qalxması, öz azadlıq səsini aləmə duyurması 1988-ci 17 noyabr tarixindən başlamışdır. Məhz bu tarix əsrlər boyu əyilmiş qamətimizin düzəlməsinə, azadlıq uğrunda mübarizədə addımlarımızı daha mətin və inamlı atmağa zəmin yaratdı. Nəhayət, xalqımız uzun sürən mübarizələrin sonunda minillik arzusu olan istiqlaliyyətinə qovuşdu.
Məruzəçi, milli dirçəliş hərəkatının şahidlərindən biri kimi həmin dövrdə baş verən hadisələrə aydınlıq gətirdi.
Sonra çıxışlar dinlənildi. Filialın “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının müəllimi Lətifə Əhmədova 17 noyabr 1988-ci il Milli Dirçəliş hərəkatının nümayəndəsi kimi çıxış etdi. O da xalqın bir çox azadlıqsevər gənci kimi meydan hərəkatına  qoşulduğunu və öz inqilabi çıxışları ilə həmin dövrün tələbə gənclərinə ruh verməsindən fəxarət hissi ilə danışdı.
Çıxış üçün söz istəyən filialın “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının baş müəllimi Qərənfil Rzayeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və öz poetik çıxışı ilə tədbirə rəng qatdı. Onun xalq şairi Məmməd Araz poeziyasından söylədiyi şeir nümunəsi tədbir iştirakçılarının ruhunu oxşadı.

Keçidlər