Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Ağcabədi məktəbliləri ilə görüş keçirilmişdir.

13 noyabr 2018 | 11:00

Görüş iştirakçıları əvvəlcə rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişdirlər.
Görüşdə məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirakı etmişdir. Məktəblilərlə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, layihənin yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində mühüm rol oynadığını vurğulamışdır. Natiq “Ölkəmizi tanıyaq” tur-aksiyası haqında geniş məlumat verərək bildirdi ki, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 9 tur-aksiya təşkil edilir, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20 min 254 məktəbli iştirak etmişdir, cari ilin noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 nəfərin iştirakı, bununla da, iştirakçıların sayının 23444 nəfərə çatması gözlənilir.Qeyd edilmişdir ki, tur-aksiyanın başlıca məqsədi məktəblilərə ölkəmizi daha yaxından tanıtmaqdan, Azərbaycan tarixini, mədəniyyətini, ayrı-ayrı bölgələrin adət-ənənələrini dərindən öyrətməkdən və gənclərdə milli-mənəvi dəyərlərə hörmət aşılamaqdan ibarətdir. Diqqətə çatdırılmışdır ki, məktəbliləri 4 gün ərzində Quba-Qusar-Xaçmaz marşrutu üzrə şimal rayonlarında çox maraqlı ekskursiyalar gözləyir.Şahin Məmmədov  Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında da geniş məlumat vermişdir.
Çıxış edən ziyalılar, valideynlər və şagirdlər hər kəs tərəfindən bəyənilən “ Ölkəmizi tanıyaq” layihəsinin təşəbbüskarı olduğuna və bu şəraiti yaratdığına görə dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdilər.

Görüşdən sonra tur iştirakçıları olan məktəblilər Ağcabədi rayon Heydər Əliyev Mərkəzinə və “Qarabağ Atçılıq Kompleksi”nə ekskursiyası etmişdirlər.

Keçidlər