Şriftin ölçüsü :

Saytın rəngi :

Voleybol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

12 noyabr 2018 | 11:00

09-10 noyabr 2018-ci il tarixlərdə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyində “Məktəblər Arasında Respublika çempionatı”nın Voleybol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyində Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Vaqif Cəfərov adına Təzəkənd tam orta məktəbin komandası II yerə, Köyük kənd tam orta məktəbin komandası III yerə laiq görülmüşlər. Yekunda I, II və III yeri tutan məktəb komandalarına diplomlar təqdim olunmuşdur.

Keçidlər