Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblər Arasında Respublika çempionatı”nın Atletika idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

08 noyabr 2018 | 11:00

06-07 noyabr 2018-ci il tarixlərdə Ağcabədi Olimpiya İdman Kompleksində “Məktəblər Arasında Respublika çempionatı”nın Atletika idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir. Rayon birinciliyində 61 şəhər və kənd məktəbi iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyində Rahib İbrahimov adina Nəcəfqulubəyli kənd tam orta məktəbin komandası I yerə, Hikmət Əliyev adına Boyat kənd tam orta məktəbin komandası II yerə, Cəlil Məmmədquluzadə adına Kəhrizli kənd tam orta məktəbin komandası III yerə laiq görülmüşlər. Yekunda I,II və III yeri tutan məktəb komandalarına diplomlar təqdim olunmuşdur.

Keçidlər