Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Bayraq Günü münasibətilə tədbir keçirildi

08 noyabr 2018 | 11:00

08 noyabr 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Bayraq Günü münasibətilə tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra filialın direktoru, dos. Mətanət Fərzəliyeva mühüm dövlət atributlarından biri kimi üç rəngli bayrağı dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi kimi mənalandıran Ulu Öndər Heydər Əliyevin sözlərini səsləndirdi. O, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!” – deyimi ilə tədbiri açıq elan etdi.
Filialın “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının baş müəllimi Anar Kərimli “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə etdi. O bildirdi ki, bayraq hər bir xalqın varlığı, onun dövlətçiliyinin təsdiqidir. O, diqqətləri Azərbaycan bayrağının yaranma tarixinə çəkdi və üçrəngli Azərbaycan bayrağının ilkin təsisçiləri haqqında məlumat verdi.  Cümhuriyyətin süqutundan sonra uzun illər boyu səmada görünməyən müqəddəs bayrağımızı bizə yenidən bəxş edən Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışdı.
Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Dos.Mahir Səlimov, dos. Məhəmməd Hüseynov, filialın “Riyaziyyat, informatika və onların tədrisi metodikası” kafedrasının müdiri, dos. Sahib Zeynalov, “Xüsusi və ümumelmi fənlər” kafedrasının müdiri, dos. əvəzi Tahir Kərimli, “Dillər, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının müdiri, dos. Vaqif Allahverdiyev, “İctimai, təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının müdiri, dos. Baxış Ələsgərov və  filialın “Tələbə və tədrisin idarə olunması şöbəsi”nin müdiri, b/m. Araz Əliyev çıxış edərək xalqımız üçün əlamətdar olan bir hadisənin – Bayraq gününün ölkəmizdə təntənə ilə qeyd olunmasından məmnunluqlarını bildirdilər və tədbir iştirakçılarının simasında bütün Azərbaycan xalqının bayramını ürəkdən təbrik etdilər.

 

Keçidlər