Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkaşlarının şəhər məktəblərində təşkil etdiyi məruzələr davam edir

05 noyabr 2018 | 11:00

04 noyabr 2018-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələrin təşkilinə başlanılıb. Noyabr ayında keçirilən  məruzələr  Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümünə  həsr edilir.
       02 noyabr 2018-ci il tarixdə Mərkəzin bələdçisi  Rövşanə Əliyeva M. F. Axundov adına şəhər 3 saylı lisey-məktəbdə “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” adlı məruzə ilə çıxış etmişdir. Məruzə zamanı bildirilmişdir ki, 21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalilarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
      Məruzə zamanı o da vurğulanmışdır ki, 1992-ci ildə Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Xalqı təlaşdan çıxarmaga, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması zamanın tələbi idi.  Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti ”Səs”qəzetində dərc olundu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular.
Azərbaycan bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.

Keçidlər