Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər üçün Təhsil Mərkəzi "Məişət zorakılıgi və narkomaniya"ya qarşı mübarizə tədbirlərinə dəstək kompaniyası həyata keçirir.

26 oktyabr 2018 | 11:00

Gənclər üçün Təhsil Mərkəzi,UNİSEF,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Mərkəzin Qarabağ Regional ofisi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının əməkdaşlığı ilə Ağcəbədi rayonunda "Məişət zorakılıgi və narkomaniya" adlı tədbir keçirilmişdir.
     Mərkəzin Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı təqdimatla çıxış edərək, layihə haqqında ərtaflı məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
     Tədbirdə  Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Vüsalə Məmmədova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Raqif Allahverdiyev,Polis şöbəsinin Narkomaniyaya qarşı mübarizə idarəsinin rəisi Vahid Məhərrəmov,  Ağcabədi  rayon Polis şöbəsinin  Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, ADPU Ağcabədi filialının kafedra müdiri,dossent Tahir Kərimli, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov mövzu ətrafında çıxışlar edərək problemə dair maarifləndirmə və izahat xarakterli ətraflı məlumatlar vermişlər.
    Rayon Təhsil şöbəsi,Səhiyyə işçilərinin,Məktəb psixoloqlarının,uşaq birliklərinin,sosial işçilərin, iştirak etdiyi tədbirdə  narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri iştirakçılara paylanılmışdır.
    Tədbir 25-26 oktyabr tarixlərində Ağcabədi Pedaqoji Kollecinin “Ev və ailə təhsili” fakultəsin tələbə və müəllim kollektivinin iştirakı ilə “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək”, "Zərərli vərdişlərə təhrik olunmanın psixologiyası"  və “ Narkotiklər və psixotrop vasitələrin istifadəsi nəticəsində yaranan ailə münaqişələri və ailələrlə aparılan sosial iş"  mövzularında 2 günlük təlim-məşğələ ilə davam etmişdir.
   Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Keçidlər