Şriftin ölçüsü :

Saytın rəngi :

“Diqqət uşaqlar” başlığı altında yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.

03 oktyabr 2018 | 11:00

03.10.2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin və Ağcabədi rayon Polis şöbəsinin təşkilatçılığı ilə Ağcabədi rayon Xocavənd kənd 1 saylı tam orta məktəbdə “Diqqət uşaqlar” başlığı altında  yol hərəkət qaydalarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi  üzrə komissiyanın   böyük məsləhətçisi- məsul katibi Nicat Axundov, rayon Polis şöbəsinin  Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, rayon DYP bölməsinin baş avtomobil müfəttişi Natiq Hüseynov, UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər” layihəsi çərçivəsində qurulmuş kordinasiya mexanizminin üzvləri (N.Axundov, T.Abbasov) iştirak etmişdirlər.

    Tədbirdə yol hərəkət qaydaları şagirdlərə aşılanmış, müəyyən hüquqi tövsiyyələr verilmiş və şagirdlər tərəfindən verilən bütün suallar cavablandırılmışdır.

Keçidlər