Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda prokuror işçilərinin peşə bayramı qeyd olundu

01 oktyabr 2018 | 11:00

01 oktyabr  2018- ci  il tarixdə saat 10:30 - da Ağcabədi rayon İcra Hakimiyyətində  01 oktyabr  – Prokuror işçilərinin peşə bayramı  münasibəti ilə tədbir keçirilmişdir.
    Ilk öncə prokurorluq sahəsində çalışanlar  Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər.
    Daha sonra tədbir İcra Hakimiyyətinin iclas zalında davam etmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı  cənab Şahin Məmmədov rayon prokrorluğunun əməkdaşlarını  prokurorluq orqanlarının yaranmasının 100 illiyi  münasibəti ilə təbrik edərək  onlara çətin, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzu edərək cinayətkarlıqla mübarizə sahəsinə prokrorluq orqanlarının xüsusi rolundan danışdı.
Daha sonra rayon prokroru Salman Səmədov çıxış edərək bildirmişdir ki, Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilib.Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir.Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyevin  17 iyul 1998-ci il tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə imzaladığı sərəncam bu əvəzolunmaz şəxsiyyətin Azərbaycan dövlətinin  bütün sahələrinə  necə diqqət və qayğı ilə yanaşdığını bizlərə göstərir.
    Tədbirdə prokurorluq orqanlarının qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanıb.
    Tədbirin sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən rayon prokuroru Salman Səmədova və prokurorluğun digər əməkdaşlarına fəxri fərman təqdim olunub.

Keçidlər