Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi müəlliminin uğuru

12 sentyabr 2018 | 11:00

2017/2018- ci dərs ilinin “ Ümumi təhsildə keyfiyyət ili ” elan edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2017- ci il tarixli, 261 nömrəli əmrinin tələblərinə uyğun olaraq 2 mərhələdə - rayon və respublika mərhələsi üzrə pedaqoji mühazirələr təşkil olunmuşdur.

Rayon Təhsil Şöbəsinin 08.09.2017- ci il tarixli, 169 nömrəli əmri ilə pedaqoji mühazirələrin rayon mərhələsi üzrə təşkili , keçirilməsi və yekunlaşdırılması ilə əlaqədar təşkilat komitəsi yaradılmışdır. 09.03.2018- ci il tarixdə Rayon Təhsil Şöbəsinin akt zalında pedaqoji mühazirələr dinlənilmiş və təşkilat komitəsinin rəyi nəticəsində Ə.Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbin riyaziyyat müəllimi Bədəlova Şəhanə Mürşüd qızının pedaqoji mühazirəsi Respublika Təşkilat Komitəsinə göndərilmişdir. Respublika Təşkilat Komitəsində pedaqoji mühazirəyə baxılmışdır. Bədəlova Şəhanə Mürşüd qızı Azərbaycan Respublikası Təhsil Nazirinin 12.07.2018- ci il tarixli, F-480 nömrəli əmri ilə Respublika “Pedaqoji Mühazirələr” inin nəticələrinə görə I dərəcəli diplomla təltif olunmuşdur.

Keçidlər