Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 49-cu il dönümü ilə bağlı tədbir keçirilib.

14 iyul 2018 | 11:00

13.07.2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Gələcəyə Hesablanan Siyasət” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva qonaqları salamlayıb, tədbir haqqında ətraflı məlumat verdi. Ulu Öndərin 1969-1982-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.Daha sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Leyla İsmayılova geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən fəaliyyəti haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Ulu Öndərimiz birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Azərbaycanda bu müddətdə sənaye inkişaf edib. O dövrlərdə bütün yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Bütün şəhər və kəndlərə elektrik enerjisi verildi, qaz kəməri, telefon xətləri çəkildi. 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət ,ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail olunurdu. Həmin siyasətin nəticəsi kimi N.Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin və başqa görkəmli səxsiyyətlərimizin abidsəi qoyulmuş, Mikayıl Müşviq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.Sonra çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı aparıcı məsləhətçisi Leyla Səfərova ,Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının baş məsləhətçisi, Qarabağ qazisi Ramil Nağıyev və N saylı hərbi hissənin əsgəri Kərim Qarayev çıxış edərək Ulu Öndərimizin ölkəmiz və xalqımız üçün gördüyü işlərdən söz açdılar və bu siyasətin nəticəsində ölkəmizin indiki rifah halına çatdığını vurğuladılar.Çıxışlardan sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvü Röyalə Hümbətova şeir, ”N” saylı hərbi hissənin əsgərləri isə musiqi kompazisiyası ilə çıxış etdilər.

Sonda qonaqlarla xatirə fotosu çəkildi

Keçidlər