Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Qurtuluşumuzun 25 ili” adlı tədbir keçirilib

12 iyun 2018 | 11:00

15 İyun Milli Qurtuluş günü ilə əlaqədar 12 iyun 2018-ci il tarixdə Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirilmişdir. Öncə qonaqlar salonda təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə Mərkəzdə fəaliyyət göstərən kursların əl işləri nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Dahi Liderimizin zəngin və çoxşaxəli ömür yoluna nəzər salaraq Azərbaycanın çətin durumda olduğu zamanda məhz Ulu Öndər H.Əliyevin hakimiyyətə qayıdışı, uğurlu və uzaqgörən siyasəti nəticəsində ölkənin dağılmaq,parçalamaq təhlükəsindən xilas edilməsi, Azərbaycanın dirçəliş, daha sonra inkişaf yoluna qədəm qoyması haqqında ətraflı məlumat verdi.Daha sonra Mərkəzin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Nəcəfov, həmin kursun üzvü Səbinə Nəsirova çıxış etdilər.“Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri Elgün Quliyev və Heydər Məmmədovun ifasında səslənən, dahi liderimizə həsr edilmiş şeirlər tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı.Sonda Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kursları müvəffəqiyyətlə bitirən kurs üzvlərinə sertifikatlar təqdim edildi. Qeyd edək ki, mərkəzdə 7 kurs fəaliyyət göstərir. “Həvəskar aktyorluq və bədii qiraət”, “Maraqlar üzrə əl işləri”, “Tikiş”, “Toxuculuq”, “Rəsm”, “Rəqs”, “Xalçaçılıq” kurslarında ümumilikdə 220 nəfər bitirmiş, onlardan 60 nəfərinə sertifikat təqdim edilmişdir.

 

Keçidlər