Şriftin ölçüsü :

Saytın rəngi :

Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbdə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

23 may 2018 | 11:00

23 may 2018- ci il tarixdə Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbdə Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.Tədbir Dövlət Himninin sədaları ilə açıldı.Giris sözü ilə çıxış edən direktor Polad Musayev şagirdlərə Cümhuriyyətin yaranması,Məmməd Əmin Rəsulzadə,Fətəli Xan Xoyski,Məmməd Həsən Hacınski və digər İstiqlal Fədailərinin İstiqlal uğrunda xidmətləri,Cümhuriyyətin süqut səbəbləri barədə geniş məlumat verdi.Muasir Azərbaycan dövlətinin AXC min varisi olduğunu , Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin Cümhuriyyət dəyərlərinə hörmətlə yanaşdığını ,Cümhuriyyət tarixinin,Dövlət xadimlərinin xatirəsinin əziz tutulduğunu şagirdlərin nəzərinə çatdırdı.Tarix müəllimi N.Abbasov da öz çıxışında o dövrki tarixi şərait,Cümhuriyyət dövründə baş verən hadisələr barədə şagirdlərə məlumat verdi.Məktəb şagirdləri  ədəbi bədii kompozisiya ilə çıxış etdilər

Keçidlər