Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.

09 may 2018 | 11:00

Növbəti tədbir Ağcabədi rayon Qarabağ Muğam Mərkəzində Ağcabədi rayon İcra Hakimiyyəti, YAP Ağcabədi rayon təşkilatı, Ağcabədi rayon Gənclər və İdman idarəsi və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə komandalar arasında intellektual oyun müsabiqəsi keçirilmişdir.

Gərgin mübarizə şəraitində keçən müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Gənc istedadlar” komandası I yerə, Şəhər 8 saylı tam orta məktəbin komandası II yerə, Şəhər 3 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

Keçidlər