Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş daha bir tədbir keçirilib.

05 may 2018 | 11:00

 

05 may 2018-ci il tarixdə Dahi Liderimiz Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı  növbəti tədbir Heydər Əliyev Mərkəzi və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirildi.
  Dövlət himninin səslənməsindən sonra Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini və əsgərlər çıxış edərək Dahi Liderimizin ömür yoluna, uğurlu siyasətinə nəzər saldılar.
   Daha sonra tədbir bədii hissə ilə davam etdi. Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvlərinin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər və əsgərlərin ifasında Azərbaycana həsr edilmiş musiqilər səsləndirildi.
  Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Keçidlər