Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Ağcabədi Olimpiya İdman Kompleksində kütləvi qaçış keçirildi.

07 may 2018 | 11:00

Nəhəng idman infrastrukturunun yaradılması istiqamətində atılan addımlar Azərbaycanı idman ölkəsi kimi nəinki yerləşdiyi coğrafi arealda, həm də bütün dünyada lider mövqeyə yüksəldib. Buna dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində nail olunub. Çoxlu sayda Olimpiya İdman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Diqqət çəkən əsas məqamlardan biri də bədən tərbiyəsi və idmanın ölkəmizin bütün regionlarında kütləvi xarakter almasıdır. Buna nail olmaq üçün müxtəlif bölgələrdə Olimpiya İdman kompleksləri, idman qurğuları və stadionlar tikilir. Belə nəhəng idman qurğularından biri də Ağcabədidə inşa olunub. Ağcabədi Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkə idmançılarının ixtiyarına verilən sayca 42-ci Olimpiya İdman Kompleksidir. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə Ağcabədi rayonunda müxtəlif çərçivəli silsilə tədbirlər keçirilir.Bu münasibətlə 06 may 2018-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində kütləvi qaçış keçirilmişdir. Qaçışın əsas məqsədi hər zaman gənclərin, idmanın hamisi olan, xalqını sevən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin unudulmadığını göstərmək, rayonda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdən ibarət idi. 95 dəqiqə davam edən tədbirdə rayon rəhbərliyi ,hüquq-mühafizə orqanlarının , idarə-müəssisə və təşkilatların rəhbərləri,ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişdir.

Keçidlər