Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

02 may 2018 | 11:00

02 may 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda elmi-praktik konfrans keçirildi.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva bildirdi ki, son günlər respublikamızda Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə silsilə tədbirlər həyata keçirilməkdədir. Biz də öz növbəmizdə ADPU-nun Ağcabədi filialı olaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bir sıra tədbirlər həyata keçiririk ki, bu günki elmi-praktik konfrans da həmin tədbirlər cərgəsindədir.Sonra məruzə dinlənildi.Sonda Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sənədli film nümayiş etdirildi

Keçidlər