Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbirlər davam edir.

03 may 2018 | 11:00

May ayının 3 -də YAP Ağcabədi rayon təşkilatının iclas zalında rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında bədii qiraət müsabiqəsi keçirilmişdir.Müsabiqəni YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə məlumat verərək, onun əziz xatirəsinin daim yad edildiyini və bu günkü müsabiqənin Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırdı və iştirakçıları müsabiqənin şərtləri ilə tanış etdi.Tələbkar münsiflər heyəti qarşısında Ulu Öndərə, Vətənə, rəşadətli ordumuza həsr edilmiş şerlər səsləndi: Gərgin keçən müsabiqədə qalibləri seçmək o qədər də asan olmadı.Münsiflər heyətinin gəldiyi yekun qərara görə C.Quliyev adına Təzəkənd tam orta məktəbinin VIII sinif şagirdi İlham Abışov I, Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbinin VIII sinif şagirdi Rəşadət Həsənov II, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin II sinif şagirdi Məhəmməd Qəhrəmanov və Ağcabədi şəhər 4 saylı tam orta məktəbin III sinif şagirdi Elgün İsmayılov III yerə layiq görülmüşlər.

Keçidlər