Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 ili münasibətilə tədbir keçirilmişdir.

03 may 2018 | 11:00

03 May, 2018-ci il tarixdə Ağcabədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin yaradılmasının və fəaliyyətə başlamasının 10 ili münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti rəhbərliyi, rayon ziyalıları və Ağcabədi Regional Mədəniyyət İdarəsi kollektivləri iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə tər çiçəklər düzərək Onun əziz ruhunu yad etmişlər.
Tədbirin ikinci hissəsi Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbir Dövlət Himninin səslənməsi ilə başlamışdır. Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat və siyasi fəaliyyəti haqqında ətraflı danışaraq əlamətdar bayramlar münasibətilə rayon ictimaiyyətini təbrik etmişdir.  Daha sonra çıxış edən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva Heydər Əliyev Mərkəzinin fəaliyyətə başladığı gündən bu günə kimi Mərkəzdə görülən işlərdən, Mərkəzin keçirdiyi tədbirlərdən və qarşıda duran prespektivlərdən söz açmışdır. Çıxışın sonunda Heydər Əliyev Mərkəzinin fəaliyyətində, bu irsin təbliği və inkişafı yolunda fəal iştirak edən bir qrup insanlara Mərkəzin Fəxri Fərmanları və digər qiymətli hədiyyələri təqdim olunmuşdur.    Daha sonra tədbirin bədii hissəsi başlamışdır. İlk öncə Heydər Əliyev Mərkəzinin bu illər ərzində fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.   Mərkəzin “Rəqs” dərnəyinin balaca üzvlərinin iştirakı ilə nümayiş olunan “Lalələr” rəqsi də tədbirə xüsusi ahəng qatan çıxışlardan biri kimi yadda qalmışdır. Daha sonra öz ilk iş fəaliyyətinə burda başlamış, indi isə rayonun və respublikanın müxtəlif sahələrində aparıcı vəzifələrdə çalışan gənc kadrların təbriklərindən ibarət film-slayt tamaşaçılara təqdim olunmuşdur. Mərkəzin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə xalq şairi Səməd Vurğunun “Vaqif” dramından səhnələşdirilmiş tamaşa-səhnəcik isə tamaçaşılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 ili münasibətilə Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin birləşmiş rəqs kollektivinin də hazırladığı baxımlı, gözəl rəqs nömrələri də alqışlarla qarşılanmışdır. 
Sonra N.saylı hərbi hissənin  əsgərlərininifasında “Cənab leytenant”  mahnısı ifa edilmişdir. Səhnəyə daxil olan “Həvəskar aktorluq və bədii qiraət” kusunun üzvü Səbinə Nəsirli Ulu Öndər Heydər Əliyevə ithaf olunmuş “Daim çiynimizdədir uğurlu əlin sənin!” şeirini səsləndirmişdir. Şeir bitən kimi Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Hacıbədəlli Kənd Uşaq Musiqi məktəbinin xor kollektivi “Xalq Heydər deyəcək!” mahnısını ifa etmişlər. Sonda səhnədən quraşdırılmış xüsusi fişənglər tədbiri böyük sevinclə, böyük coşğu ilə tamamlamışdır. Tədbir 2 saat davam etmişdir.

Keçidlər