Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə oftolmoloq- alim Zərifə Əliyevanın 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

28 aprel 2018 | 11:00

Aprel ayının 28-də Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında akademik, oftolmoloq- alim Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq görkəmli alim, ictimai xadim Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti, tibb elmi sahəsində qazandığı uğurlar barədə məlumat verərək onun gözəl ana, qayğıkeş insan, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Preszidenti İlham Əliyevin anası, Azərbaycanın milli-mənəvi dəyərlərini özündə birləşdirən qadın kimi xarakterizə edərək bu sahədə geniş məlumat verdi.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə geniş məruzə etdi.

Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, Azərbaycan Pedaqoji Universiteti ərazi ilk təşkilatının sədr, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli çıxış edərək görkəmli oftolmoloq alim Zərifə Əliyeva haqqında öz fikirlərini söylədilər.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər üzrə şöbənin müdiri Naibə Mustafayeva iştirak və çıxış etmişdir.

Tədbirin sonunda Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə həsr edilmiş film- slayt nümayiş etdirilmişdir

Keçidlər