Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı tam orta məktəbin birinciləri əlifba bayramı sevincini yaşadılar

30 aprel 2018 | 11:00

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin  Ia və Ib sinif şagirdlərinin Əlifba Bayramı keçirildi. Azərbaycan Himnini oxuduqdan sonra tədbiri məktəbin direktoru Səadət Kazımova açaraq birincilərin əlifbanı öyrənib yazmaq və oxumaq bacarıqlarına yiyələndikəri üçün təbrik etdi.Məktəbin direktor müavini Nuriyeva Validə birincilərin sinif rəhbəri Məmmədova Sənəm və Həsənova Azadə müəllimə də bircinləri təbrik edib onlara ən xos arzuların çatdırdılar.

Təbriklərdən sonra səhnəyə birinciləri dəvət olundu.Ia sinif şagirdləri Azərbyacanı dünyada tanıdan üç rəngli bayrağı bayram tədbirinə gətirərək ona həsr edilmiş serlər söylədilər.Sonra bu bayramın anlamını daşıyan Hərflərlə Ia sinfi səhnəyə gəldi .Onlar artıq bu hərfləri yan yana düzüb oxumagi yazmagi bacardıqlarını izləyicilərə göstərdilər.

Hər tərəfli elmə yiyələnmək tək hərflərlə olmur.RƏqəmləri bilib hesablamağı da bacarmaq lazımdı.Axı “Riyaziyyat elmlərin şahıdır” deyilib.Ib sinfi də rəqəmlərələ səhnəyə çıxıb onlar haqqında maraqlı serlər söylədilər.

Bayram tədbiri oldugu üçün balaca fidanlar öz rəqs bacarıqlarını da bu tədbirdə sərgilədilər.Sırayla səhnəyə çıxan balaca rəqqaslar “Naz eləm” “Yağış” “Vals” “Atəş böcəyi” adlı fərqli mahnılarala rəqslər etdilər

Birincilərin Əlifba bayramına onları təbrik etmək üçün məktəbin müxtəlif sinif şagirdləri də öz rəqsləri, səhnəcikləri ilə gəlmişdilər. IIa sinfinin qızları “Kəpənək” VIIIa sinfinin qızları “İdman” IIIb sinfini qızları “Meyvələr” rəqsi ilə VI-VII-VIII sinfin şagirdləri Şən klonlar və Küpəgirən qarı obrazları ilə balacaları təbrik etdilər.

Tədbirin sonunda məktəbin bu ilki məzunları səhnəyə çıxaraq birniciləri təbrik edib onlarla rəqs etdilər

Keçidlər