Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.

27 aprel 2018 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikahlarının bağlanması artıq ənənə halını alıb. Belə cütlüklərin sayı  gündən - günə artmaqdadır.

      21 aprel 2018-ci il tarixdə Ağcabədi şəhər sakini 17.06.1984 –cü il təvəllüdlü Quluyev Ruslan Camal oğlu ilə Ağcabədi rayon Yeni Qaradolaq kənd sakini 18.04.1994-cü il təvəllüdlü Quluyeva Əminə Cəlal qızının nikaha daxilolma mərasimi keçirilmişdir.

    Öncə ailə quran gənc cütlük Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.

  Daha sonra gənclərin nigaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənc cütlük öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.

    Sonra nikah aktının imzalanması mərasimi olmuşdur.

    Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir

Keçidlər