Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunun prokurorluq işçiləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

27 aprel 2018 | 11:00

Ağcabədi rayonunun prokurorluq işçiləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində olmuşlar.
Prokurorluq işçiləri əvvəlcə Mərkəzdə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Prokurorluq işçiləri sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı, fəaliyyəti və zəngin irsi ilə, xüsusi guşələrdə uşaqlıq və gənclik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi illəri, ailə həyatının ayrı-ayrı məqamlarını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, dahi şəxsiyyət haqqında yazılmış kitablarla yaxından tanış olmuşlar. Sonda Prokurorluq işçiləri Mərkəzin qarşısında xatirə şəkli çəkdirdilər.

Keçidlər