Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Meydanında «İlhamla İrəli!» adlı konsert proqramı qeyd edildi

12 aprel 2018 | 11:00

Aprelin 11-də  keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  Sədri cənab İlham Əliyev xalqın mütləq  əksəriyyətinin etimadını  qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə  Yeni Azərbaycan Partiyası Ağcabədi rayon Təşkilatının təşkilatçılığı ilə Ağcabədi sakinləri cənab İlham Əliyevin bu parlaq qələbəsini Ağcabədi rayon Heydər Əliyev Maydanında «İlhamla İrəli!» möhtəşəm konsert proqramı ilə qeyd ediblər.
Nəticələr elan edildikdən sonra YAP Ağcabədi rayon təşkilatının  sədri Rövşən Əhmədov  xoş xəbəri  tədbir iştirakçılarına çatdırıb  və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb.  O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi  ilə daha böyük nailiyyətlərə imza atacaq.
Natiq Cənab İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirdiyini qeyd etdi. O,  ölkə başçısının müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə etdiyini,  həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirdiyini bildirdi. Tədbir  möhtəşəm konsert proqramı ilə davam edib.
Tədbirin sonunda   möhtəşəm atəşfəşanlıq oldu.

Keçidlər