Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 31 Mart soyqırımı qurbanları yad edildi.

31 mart 2018 | 11:00

31 mart 2018-сi il tarixdə  saat 10:30-da Ağcabədi rayonu Şəhidlər Xiyabanında 31 mart soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə  ümumrayon tədbiri keçirilmişdir.
    Əvvəlcə anım mərasimində Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxudu.
     Tədbirdə rayonun tam orta məktəblərinin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş əbədi –bədii kompozisiya  ilə çıxış etdilər.
     Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti abidə kompleksinin və Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər qərənfil dəstələri düzərək  onların ruhunu yad etdilər.

Keçidlər