Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədili məktəblilər 3 günlük gəzintidən sonra rayonumuza qayıtdılar.

29 mart 2018 | 11:00

26 mart 2018- ci il tarixdə respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Şəki,Qəbələ və Zaqatala rayonlarına yola salınan ağcabədili məktəblilər 3 günlük gəzintidən sonra rayona qayıtdılar.Tur -aksiyanın iştirakçıları olan şagirdləri,Rayon İcra Hakimiyyəti Başçısının müavini,İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva qarşıladı. Naibə Mustafayeva gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. 3 günlük tur çərçivəsində məktəblilərin həmin bölgələri  daha yaxından tanımağı, Azərbaycan tarixini və tarixi abidələrini dərindən öyrənməyi  onların gələcək həyatında müsbət rol oynayacağını vurğulayan natiq  bu səfərin çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı.
Çıxış edən şagirdlər və valideynlər bu şəraiti yaratdığına görə  dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər

Keçidlər