Şriftin ölçüsü :

Saytın rəngi :

23 fevral 2018 -ci il tarixdə Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyində Xocalı faciəsinin 26 -cı il dönümü qeyd olunmuşdur.

23 fevral 2018 | 11:00

23 fevral 2018 -ci il tarixdə Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyində Xocalı faciəsinin 26 -cı il dönümü qeyd olunmuşdur. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyinin direktoru Sadiq Əliyev xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri etnik təmizləmə, soyqırım və işğal siyasəti barədə ətraflı məlumat verərək çıxış etmişdir. Daha sonra muzeyin əməkdaşları Rəhimova Səlminaz və Səmədova Zalxa Xocalı soyqırımı haqqında çıxış edərək məruzələr oxumuşlar. Sonda Ağcabədi şəhər 4 saylı tam orta məktəbin şagirdləri faciə ilə bağlı bayatı və şerlər söyləmiş, Xocalı soyqırımı ilə bağlı həmin dövrün faciəli lentləri video roliklə izlənilmişdir

Keçidlər