Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağlı uşaqlar “Xocalı bizik” dedilər.

24 fevral 2018 | 11:00

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin   birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş “Xocalı bizik” adlı anım tədbiri keçirilmişdir.Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə (GTM) Qarabağ ofisinin rəhbəri,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı açaraq bildirmişdir ki, tarixdə elə qanlı hadisələr var ki, təkcə bir xalqın taleyi ilə bağlı olmayıb, bütün bəşəriyyətə qarşı ağır cinayət hesab edilir. Belə hadisələri törədənlərin cəzasını da humanizmi özünün həyat norması seçmiş mütərəqqi bəşəriyyət verməlidir. Erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı məhz insanlığa qarşı törədilmiş bu cür amansız cinayətlər sırasındadır.Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.Buna görə də hər bir azərbaycan vətəndaşı bu istiqamətdə öz üzərinə düşən vəzifəni dərk etməli layiqincə yerinə yetirməlidir.Eyni zamanda onu da vurğulamışdır ki,məhz anım tədbirlərinin uşaqların iştirakı ilə təşkil edilməsi gələcək nəslin daha vətənpərvər böyüməsində,öz tarixini,keçmişini dərindən öyrənməsində mühüm əhəmiyyət kəsb edir.YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, baş təlimatçısı Mehman Novruzov,N saylı hərbi hissənin əsgərləri çıxış edərək Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışmışdır.Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırım aktının bir sıra dünya ölkələrində anıldığını bildirmişlər.Tədbir GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və Məmməd Aranlı adına Ağcabədi şəhər 11 saylı tam orta məktəbin şagirdlərinin birgə hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etmişdir.

Keçidlər