Şriftin ölçüsü :

Saytın rəngi :

Yol işçilərinin peşə bayramı qeyd edildi

22 fevral 2018 | 11:00

22 fevral –Avtomobil yolları işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
22 fevral 2018- ci il tarixdə saat 10:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önündə Yol işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının  müavini Naibə Mustafayeva  yol işçilərini bu bayram münasibətilə təbrik etmişdir.
Tədbir iştirakçıları daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər.

Keçidlər